Kazaklar separatçıların ordusundan fərarilik edib
Bizi izləyin

Dünya

Kazaklar separatçıların ordusundan fərarilik edib

“Özünümüdafiə dəstələrindəki kazaklar cəbhə zonasından fərarilik ediblər”.

Publika.az “iPress” agentliyinə istinadən xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Strelnikov danışıb.

O bildirib ki, Kramatorks ətrafındakı məğlubiyyətdən sonra kazak dəstələrin bir hissəsi, o cümlədən onların başçısı, “Babay” ləqəbilə məşhur Aleksandr Mojaev separatçıların ordusundan fərarilik edib: ”Əvvəlcə onlar əmrə tabe olmayaraq, Donetskə getdilər. Sonra isə əməliyyat zonasından ümumiyyətlə “itdilər”. Beləliklə, hərbi nizamnaməni pozdular”.

Digər məlumatlarda bildirilir ki, Mojaev Ukraynaya vuruşmağa başqa səbəblərdən gəlib. Yəni bu kazak atamanında “patriotik hiss” olmayıb. Sadəcə, polis onu Rusiyada ölümə cəhd maddəsi ilə axtarırmış. Elə onun dəstəsindəki kazakların çoxunun keçmişinin də kriminalla bağlı olduğu deyilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm