Türkiyə 32.5 milyard avro cərimə ödəməkdən xilas oldu
Bizi izləyin

Dünya

Türkiyə 32.5 milyard avro cərimə ödəməkdən xilas oldu

Enerji və təbii sərvətlər naziri Tanər Yıldız Türkiyənin beynəlxalq arenada təhkim edildiyi 7 məhkəmə prosesindən 7-sini də qazandığını açıqlayıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, enerji və təbii sərvətlər naziri Tanər Yıldız məşhur dələduz Cem Uzanın Türkiyə əleyhinə qaldırdığı 2.5 milyard avro məhkəmə iddiası da daxil olmaqla beynəlxalq arenada 7 məhkəmənin 7-sini də qazandığını bildirib. Nazirin fikrincə, Türkiyə ümumilkdə 32.5 milyard avro təzminat ödəməkdən qurtulub.

Xatırladaq ki, Tanər Yıldız dələduz Cem Uzanın Stokholmda Türkiyə əleyhinə 2.5 milyard avroluq məhkəmə iddiası qaldıracağını açıqlamışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm