• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Erməni ekspert: “Sərkisyan o çəkiyə malik deyil ki, Putini…”

  • Dünya
  • 14 İyul 2014 16:59
  • 463 Baxış
Erməni ekspert: “Sərkisyan o çəkiyə malik deyil ki, Putini…”

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sərkisyan Argentinaya səfərində bu ölkənin “La Nacion” nəşrinə müsahibəsində Rusiyadan narazılığını dilə gətirmişdi.

“Bu, bizim üçün çox ağrılı mövzudur. Xalqımız çox narahatdır ki, bizim strateji müttəfiqimiz Azərbaycana silah satır. Amma əminəm ki, Ermənistanın öz sərhədlərini qorumaq üçün gücü çatacaq. Baxmayaraq ki, Rusiya Bakıya silahını satır, Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhə etmirəm”, - erməni prezident Rusiyanın Azərbaycan silah satışını şərh edərkən bildirmişdi.

Erməni mediasının yazdığına görə, Sərkisyanın bu bəyanatı əslində Rusiya prezidenti Vladimir Putinin açıq şəkildə tənqidi idi.

Publika.az-ın verdiyi xəbərə görə, siyasi və seçki texnologiyalar üzrə ekspert Armen Badalyan Sərkisyanın Putini açıq şəkildə tənqid etmək üçün lazımı qədər çəkiyə malik olmadığını bildirib.

Ermənistan prezidentinin Rusiyanın Azərbaycana silah satışına görə erməni xalqının naharat olduğunu deməsinə gəlincə, A.Badalyan bunu da absurd fikir adlandırıb.

“Maraqlıdır ki, Ermənistan prezidenti Rusiyanın Azərbaycana silah satışından erməni xalqının narahat edildiyini bildirib. Bu məsələ haqqında informasiya hələ keçən il yayılmışdı. Amma biz erməni xalqının, heç olmasa, bir neçə min nəfərlə Rusiya səfirliyi qarşısında etiraz aksiyasını təşkil etdiyini görmədik. Əlbəttə, bu məsələ siyasi müzakirənin predmeti oldu. Amma düşünmürəm ki, erməni xalqı ciddi təşvişə düşdü”, - erməni eksperti deyib.

A.Badalyanın fikrincə, 2013-cü il 3 sentyabrdan sonra Rusiya Xarici İşlər Nazirliyi yalnız özünün deyil, həm də Ermənistanın xarici siyasətini həyata keçirir: “Ona görə də Serj Sərkisyan Putini tənqid edə bilməz. Əgər həqiqətən də erməni xalqı Rusiyanın Azərbaycana silah satışından narahat olsaydı, o halda ən azından Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməli idi. Amma bilirik ki, de-yure mövcud olan, de-fakto mövcud olmayan Xarici İşlər Nazirliyi belə bir bəyanat yaymayıb. Sarkisyanın müsahibəsi yalnız yerli qəzetlərdən biri üçün reklam xarakteri daşıyırdı. Amma müsahibə olduqca uğursuz idi”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR