Dünya
“Tornado-Q”lər Ukraynaya Rusiya ərazisindən atəş açır – İddia
Ukraynanın antiterror güclərinin Luqansk vilayətinin Zelenopole kəndi yaxınlığındakı mövqeləri Rusiyanın “Tornado-Q” reaktiv atəş sisteminin atəşinə məruz qalıb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval bildirib.
“Ukraynanın hərbi ekspertləri aydın görür ki, “Qrad” yaylım atəş sistemindən atəş açılmayıb. Bu 2010-cu ildə Rusiya Silahlı Qüvvələrinin silah arsenalına daxil edilən “Tornado-Q” reaktiv atəş sistemidir. Antiterror güclərinin mövqelərinə atılanlar məhz “Tornado-Q”nin reaktiv raketləridir”, - M.Koval deyib.
Xatırladaq ki, Zelenopole kəndi yaxınlığında “Tornado”dan atəş barəsində ilk dəfə 13 iyulda “İnter” telekanalının əməkdaşı Roman Boçkala bildirib. Onun sözlərinə görə, “Qrad” 20, “Tornado-Q” isə 90 kilometr məsafədən atəş aça bilir. “Bu isə o deməkdir ki, “Tornado” sistemlərindən Rusiya ərazisindən atəş açılır”, - telekanal əməkdaşı qeyd edib.
Dünən Ukrayna prezidenti Petro Poroşenko da Ukrayna ordusunun Rusiyanın müasir raket sistemlərinin atəşi altında olduğunu söyləyib.
Qeyd edək ki, "Tornado-Q" hər birində 15 reaktiv raket yerləşdirilmiş, çıxarılıb-birləşdirilə bilən iki blokdan ibarətdir. Yeni idarə sistemi döyüş sursatlarının bir yaylımda ərazinin üzərində və ya təyin edilmiş hədəfin səthində partlamasını təmin edə bilir. Bu halda bir yaylımla açıq sahədə 5x5 kilometr ərazidə dağıtma qabiliyyəti əldə olunur.
Mütəxəssislərin fikrincə, “Tornado-Q” faktiki olaraq "Qrad" sisteminin müasir variantıdır. 122 mm-lik raketlərdən atəş açacaq “Tornado-Q” “Qrad”la müqayisədə 2,5 dəfə artırılmış atəş uzaqlığına malikdir. Bu da təxminən 90-100 km məsafə deməkdir. Atış uzaqlığı əsasən raketlərin müasirləşdirilməsi hesabına əldə olunub.
"Arms-Expo" portalının məlumatına görə, “Tornado-Q” sistemində raketlərin əvvəlki qabaritləri saxlanılıb. Lakin raketlərin start mühərrikinin yükü dəyişdirilib. Raketinin korpusunda da dəyişiklik edilib. Bundan başqa, yeni raketlərdə uçuşu idarə etmək üçün mikrosxem qurulub. Bununla da raketlər NURS deyil URS (idarə olunan reaktiv raketlər) sinfinə daxil edilib.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi