Obama: ”İsrailin özünümüdafiə hüququ var”
Bizi izləyin

Dünya

Obama: ”İsrailin özünümüdafiə hüququ var”

ABŞ prezidenti Ağ Evdə təşkil olunan iftar süfrəsində İsrailə dəstək mesajı verdi.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama İsrailin Həmasdan gələn hücumlara qarşı özünümüdafiə hüququnun olduğunu bildirib. Obama həmçinin deyib ki, “heç bir ölkə, vətəndaşına qarşı atılan raket hücumunu qəbul edə bilməz”.

Obama, adəti üzrə, ABŞ-dakı müsəlman toplumunun nümayəndələrinə Ağ Evdə iftar süfrəsi verib. Ziyafətdə fərqli inanclara mənsub liderlər də iştirak edib.

Obama iftar zamanı Qəzza ilə İsrail arasında olan gərginliyə də toxunub: “Qəzza və İsraildə gördüyümüz mənzərə adamın ürəyini parçalayır. ABŞ-da yaşayan insanlar orada baş verənləri izləyir. Nə cür bir mövqe tutmağımıza dair fərqli düşüncələr var ki, bu, Amerika demokratiyasının bir parçasıdır. Biz bu mübahisəni məmnuniyyətlə qəbul edirik. Bu, bizi daha güclü göstərir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm