Kabil raket atəşinə tutuldu
Bizi izləyin

Dünya

Kabil raket atəşinə tutuldu

Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanı naməlum silahlıların hücumuna məruz qalıb.

ANS TV-nin məlumatına görə, silahlılar hava limanını raket atəşinə tutublar. Silahlılar əsasən tuduqları mövqelərdən, hava limanını və oradan beynəlxalq missiya təyyarələrinə atəş açıblar.

Bir neçə saat davam edən atışmadan sonra aeroport yaxınlığındakı iki bina ələ keçirilib. Əfqan təhlükəsizlik qüvvələrinin baş vermiş hadisəyə müdaxiləsi zamanı isə hava limanına hücum edən silahlılarla onlar arasında gedən şiddətli döyüş baş verib. Nəticədə 4 silahlı qətlə yetirilib.

Dörd saat davam edən atışmalardan sonra silahlılar geri oturdulub. Məlumata görə, hücumla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm