İsrail Türkiyədəki diplomatlarını geri çağırdı
Bizi izləyin

Dünya

İsrail Türkiyədəki diplomatlarını geri çağırdı

İsrail ordusunun Qəzzadakı əməliyyatının Türkiyədə sərt qarşılanması Təl-Əvivi hərəkətə gətirdi.

Publika.az-ın CNN Türk-ə istinadən verdiyi məlumata görə, İsrail Türkiyədəki səfirlik və konsulluq binaları qarşısında keçirilən etiraz aksiyalarından sonra diplomatik heyətin sayını ən aşağı səviyyəyə salıb.

İsrail xarici işlər naziri Aviqdor Liberman Türkiyədəki israilli diplomatların ailələrinin ölkəyə geri dönməsi üçün təlimat verib.

A.Liberman həmçinin Türkiyə təhlükəsizlik güclərinin diplomatik missiyaları qorumaq vəzifəsini yerinə yetirmədiyini iddia edib. İsrail mətbuatının yazdığına görə, İsrail Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Türkiyə hökumətinə nota göndərilməsi barədə təlimat verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm