Dünya
Həmas yeni əməliyyata hazırlaşır
Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının sözcüsü Əbu Ubeydə İsrailin Qəzzaya istiqamətli hücumları ilə bağlı "Bu döyüşdə hələ hərbi gücümüzün çox az bir qismini ortaya çıxardıq. Strateji hədəflərimizi reallaşdırmaq üçün daha çox səy göstərəcəyik" söyləyib.
ANS PRESS-in məlumatına görə, Əbu Ubeydə “Əl Əqsa” televiziya
kanalında yayımlanan çıxışında "Düşmənimiz İsrail bu döyüşdə
ölülərini basdırmağa, yaralılarını gizləməyə, zərərlərini örtməyə
davam edəcək. Biz hədəflərimizi yaxşı bilirik və bu düşmənimizə acı
verir" deyə rəy bildirib.
"Minlərlə mücahidimiz döyüşə qatılmaq üçün hazır gözləyir" deyən
Əbu Ubeydə sözlərini belə davam etdirib: "İsrail, xalqımıza qarşı
hücumlarını saxlayana və haqqlarımızı tanıyana qədər hər yerdə
vurmağa davam edəcəyik. Bu döyüşdə hələ hərbi gücümüzün çox az bir
qismini ortaya çıxardıq. Strateji hədəflərimizi reallaşdırmaq üçün
daha çox səy göstərəcəyik".
Əbu Ubeydə "Bütün dünya nələr edə biləcəyimizi gördü. Çətin
şərtlərə və mühasirəyə baxmayaraq mərmilərdənpilotsuz hava
vasitələrinə qədər bir çox mövzuda müvəffəqiyyət göstərdik. Bizim
üçün bunların ümmətə bir nümunə olması belə kifayətdir" deyə sözünü
bitirib.
Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3
yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc
Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən
qaçırılmış və yandırılaraq öldürülmüşdü. Keçən bazar ertəsindən
artan gərginlikdən sonra 17 İyul İsrail ordusu Fələstinə
genişmiqyaslı quru əməliyyatına start verib.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi