Ərdoğan Mahmud Abbası ağlatdı
Bizi izləyin

Dünya

Ərdoğan Mahmud Abbası ağlatdı

Ötən axşam Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul idarəsinin təşkil etdiyi iftar mərasimində partiyanın prezidentliyə namizədi, eyni zamanda hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı fələstinlilərə dəstəyini çatdırıb.

ANS PRESS-in məlumatına görə, iftar mərasimində qonaq olanlar arasında bir çox tanınmış simalarla yanaşı, Fələstin hökuməti lideri Mahmud Abbas da yer alıb.

"Yaxın Şərqdə qardaşlarımız arasındakı dava-dalaş, ən az Qəzzada ölən uşaqlar qədər içimizi ağrıdır. İraqda qardaşın qardaşı qətl etməsi ürəyimizi yandırır. Suriyada əli qanlı zalım bir diktatorun özünü müsəlman olaraq göstərən bəzi icma və ölkələr tərəfindən dəstəklənməsi ciddi şəkildə bizi narahat edir. Misirdə xalqın səsverməsi ilə seçilən iqtidarın devrilməsi, insanların küçənin ortasında qətl edilməsi, edama məhkum edilməsi eyni şəkildə içimizi göynədir. İçimizi göynədən başqa bir problem isə Fələstində yaşanır", - deyə Ərdoğan nitqində səsləndirib.

Onun bu sözlərini eşidən Fələstin hökuməti lideri Mahmud Abbas təsirlənərək, göz yaşlarına hakim ola bilməyib və ağlayıb.

Ərdoğan çıxışında BMT-ni də qınayıb. O, bu təşkilatın məzlumun yox, güclü olanınn tərəfində yer aldığını söyləyib. Həmçinin bildirib ki, BMT Təhlükəsizlik Şurasındakı ölkələrin hamısının xristian olduğu üçün onların Qəzzanın xeyrinə bir qərar vermələrini gözləmək də qeyri-mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm