İŞİD xristian əhalini Mosuldan qovdu
Bizi izləyin

Dünya

İŞİD xristian əhalini Mosuldan qovdu

Bir müddət əvvəl İŞİD döyüşçülərinin Mosulda xristian əhaliyə yüksək vergilər qoyduğu barədə xəbər vermişdik.

İndi isə İŞİD xristianlarda islamı qəbul etməyi şərt qoyub. Əks halda, onlar evlərini tərk etməli olacaqlar.

Publika.az xəbər verir ki, hazırda xristianlar Mosulu kütləvi şəkildə tərk edərək Kürdüstandakı Ərbil şəhərinə tərəf köç edirlər.

Bu haqda məlumatı “Əl-Ərəbiyyə” telekanalına xristianların partriarxı Luis Rafael Sako verib: “İraq tarixində ilk dəfədir ki, Mosulda xristian qalmayıb”.

Məlumata görə, xristianların evlərini tərk etmələri barədə xəbərdarlıq məscidlərdən səsgücləndiricilər vasitəsilə oxunub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm