Rza Zərrabın mülkünə qoyulan həbs qərarı ləğv edildi
Bizi izləyin

Dünya

Rza Zərrabın mülkünə qoyulan həbs qərarı ləğv edildi

Dekabr ayının on yeddisində həbs olunmuş Rza Zərrabın mülkiyyətinə həbs qoyulması qərarı ləğv edilib.

“Axar.az” türk mətbuatına istinadən xəbər verir ki, Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab üçün bu qərarı İstanbul 29-cu Sülh Cəza Məhkəməsi verib.

Bu qərarla Zərrabın mülkiyyəti “satıla və ya bağışlana bilməz” qərarı ortadan qaldırılıb. Zərrabın vəkilinin Məhkəməyə təqdim etdiyi mülkiyyət siyahısında İngilis atı və şəxsi motosiklet də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm