Dünya
Cibuti Ermənistanı işğalçı adlandırdı
Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə
pisləyən bəyanat yayıb.
ANS PRESS-in məlumatına görə, bəyanatda Cibuti hökumətinin işğal
olunmuş Azərbaycan ərazilərində mülki Azərbaycan əhalisinə qarşı
törədilmiş hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab etdiyi
bildirilir.
İslam Əməkdaşlıq Təşkilatının, BMT Baş Məclisinin və Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı qəbul etdiyi
qətnamələrin xatırlandığı bəyanatda işğal altındakı Azərbaycan
ərazilərində yerləşən arxeoloji, mədəni və dini abidələrin talan
edilməsi və dağıdılması kəskin şəkildə pislənilir. Bildirilir ki,
rəsmi Cibuti BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrinin, həmçinin BMT Baş Məclisinin A/RES/62/243 saylı
qətnaməsinin tam icrasını və Ermənistan silahlı qüvvələrinin Dağlıq
Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını, rəsmi
Yerevanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanımasını
qəti şəkildə tələb edir.
Cibuti hökuməti, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı
münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin pozulmaması prinsiplərinə hörmət əsasında
ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi