Dünya
İhsanoğlunu oğlu biabır etdi (FOTO)
Türkiyədə prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun
oğlu atasını biabır edib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə avqustun 10-da keçiriləcək
prezident seçkilərində müxalif partiyaların vahid namizədi olaraq
göstərilən professor Ekmələddin İhsanoğlunun oğlu cümə axşamı
gecəsi polis şöbəsinə aparılıb.
Yeniköy Köybaşı prospektində gecə saatlarında bir vətəndaşın
sahildə spirtli içki qəbul edərək, dənizə girdiyi və ətraf mühiti
çirkləndirdiyi şikayəti ilə polisə məlumat verilib.
Hadisə yerinə gələn polislər ona parkda rast gəliblər. Qəbul etdiyi
spirtli içkinin təsiri ilə yarı-huşsuz halda olan şəxs polis
tərəfindən oyandırılıb. Polisin müdaxiləsi ilə oyanan həmin şəxs
özünü yenidən dənizə atıb.
Polis onu dənizdən çıxararaq, kim olduğu ilə bağlı araşdırma
aparıb. Araşdırma nəticəsində məlum olub ki, o prezidentliyə
namizəd Ekmələddin İhsanoğlunun Mərmərə Universiteti Hüquq
fakültəsindən məzun olan və Harbiyədə hüquq bürolarından birində
işləyən 37 yaşlı vəkil oğlu Osman Toğrul İhsanoğludur.
Polislər lazımi prosedurları həyata keçirdikdən sonra onu evinə
apararaq ailəsinə təhvil veriblər.
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?