Dünya
İsrail prezidentinin inaqurasiyası keçiriləcək
2014-cü il 10 iyun seçkilərinin qalibi Reuven Rivlin and içərək İsrail prezidentlik dönəminə qədəm qoyacaq. ANS PRESS-in məlumatına görə, inauqurasiya Qüdsdə knesset (parlament) binasında keçiriləcək.
Rivlinin öz göstərişi ilə mərasim qısaldılmış formada
keçiriləcək. “İsraili müdafiə ordusu vuruşduğu, İsrail
vətəndaşlarının isə raket atəşləri təhlükəsi altında qaldığı bir
zamanda biz inauqurasiyanın qısaldılmış, daha sadə keçirilməsinə
qərar verdik”- deyə gələcək prezident bildirib.
Əldə olunan məlumata görə Rivlin and içməni planlaşdırıldığı kimi
parlament qarşısında edəcək, lakin Knessetin fəxri qarovul
dəstəsinin iştirakı ilə olan mərasim və andiçmədən sonra Knessetin
foyesində keçirilməli olan qəbul ləğv edilir.
Sağçı “Likud” partiyasıənın üzvü olan 1939-cu il təvəllüdlü Rivlin
10 iyun tarixində prezident seçilib. Bundan əvvəlki prezident
seçkilərində də namizədliyini irəl isürən Rivlin o dönəmdə Şimon
Peresə məğlub olmuşdu.
Qeyd edək ki, Rivlin İsrail ordusunun işğal olunmuş Fələstin
torpaqlarınddan çıxması fikrinə qəti şəkildə qarşıdır. Hələ 2005-ci
ildə birtərəfli ordu və yəhudi məskunlaşmalarının Fələstin
torpaqlarından çıxarılması proqramında o Ariel Şaronun ən kəskin
tənqidçilərindən olub.
1964-cü ildən bu yana tətbiq olunan İsrail qanununa əsasən dövlət
başçısı yalnız ölkə vətəndaşı və orada daimi qalan ola bilər.
İsraildə prezident yenidən seçilmək hüququ olmadan 7 il müddətinə
təyin olunur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu