Dünya
Ən güclü kollayder tikiləcək
2028-ci ilədək Çində elektron-pozitron kollayderin tikintisi
planlaşdırılır. Yaxın iki ildə alimlər layihənin ilkin smetasını
təqdim edəcəklər.
Nəzərdə tutulan kollayderin dairəsinin uzunluğu 52 kilometr təşkil
edəcək ki, bu da Böyük Adron Kolleyderinin (BAK) dairəsinin
uzunluğundan iki dəfə uzundur. Həmçinin elektronları
sürətləndiriləcək enerji bir neçə yüz qiqaelektronvolta çatacaq.
Hazırda üç milyard dollar məbləğində qiymətləndirilən
maliyyələşmənin həcmindən asılı olaraq layihənin uzunluğu 80
kilometrədək artırıla bilər. Maliyyələşmənin əsas iştirakçısının
Çin tərəfi olacağı nəzərdə tutulur, lakin maraq göstərən xarici
tərəfdaşların da cəlb edilməsi istisna edilmir.
ANS PRESS ICTnews-a istinadən bildirir ki, sürətləndiricinin adron
kollayderi rejimində fəaliyyət göstərməsi ayrıca müzakirə olunur.
Enerji hissəcikləri – sürətləndiricinin hesablandığı adronların
gücü 70 teraelektronvolt (TeV) təşkil edəcək. Müqayisə üçün qeyd
edək ki, hazırda BAK-da dairə sürətləndiricisinin enerji
hissəciklərinin 8 TeV-dən 14 TeV-dək modernləşdirilməsi həyata
keçirilir. 80 kilometrlik sürətləndiricinin inşası ilə bağlı
qərarın qəbul olunacağı təqdirdə onun gücü protonları 100 Tev-dək
sürətləndirməyə imkan verəcək.
Çin alimləri qeyd edirlər ki, onlar gələcək kollayder üzərində iş
üçün elementar hissəciklər fizikası üzrə mütəxəssislərin (Çində bu
sahə üzrə mütəxəssis çatışmazlığı var) cəlb olunmasında
maraqlıdırlar. Bununla yanaşı, çinlilər təkcə xarici alimlərə ümid
etmək niyyətində deyillər.
Lepton kollayder sürətləndirici dairəsində leptonların (ilk növbədə
elektronlar və onların əks hissəcikləri olan pozitronlar)
sürətləndirilməsi və toqquşması üçün nəzərdə tutulub. Bu
göstəricilərə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) BAK-a
çevrilməmişdən əvvəl Böyük Elektron-Pozitron Kollayder qurğusu
malik olub. BAK-dan sonra ABŞ-da yerləşən ikinci güclü
sürətləndirici Tevatron da əsasən protonları toqquşduran adron
kollayderlər sinfinə aiddir. Dairəsinin uzunluğu 6,3 kilometr
təşkil edən sürətləndirici hissəciklərin bir TeV-dək enerji ilə
toqquşmasına hesablanıb.
Hesab edilir ki, leptonların toqquşmasının öyrənilməsi Hiqqs
bozonunun mənşəyini, xüsusilə onun daxili strukturunu daha yaxşı
anlamağa imkan verəcək. Adronlardan – bir-birinə sıx bağlı və
kvarklardan ibarət materiya hissəciklərindən fərqli olaraq
leptonlar daxili strukturu ilə bağlı məsələnin açıq olmasına görə
hazırda əsl elementar hissəciklər hesab edilir.
Məlumat üçün bildirək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından
ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar
hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar)
sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində
toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri
qurğusudur.
Qurğu CERN-in rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində
tikilib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ