Poroşenko Milli Qvardiyanı silahlandırdı - Foto
Bizi izləyin

Dünya

Poroşenko Milli Qvardiyanı silahlandırdı - Foto

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev yaxınlığında yerləşən təlim mərkəzinə səfəri zamanı Milli Qvardiyanın şəxsi heyətini müasir silahlarla silahlandırıb.

Prezident Milli Qvardiyanın xüsusi təyinatlı birinci briqadasına tanklar, müasir tipli “BTR-3”, “BTR-4” və “Cougar” zirehli döyüş maşınlarını təqdim edib. Daha sonra prezident Poroşenko və Ali Radanın sədri Aleksandr Turçinov hərbi texnikalara baxış keçiriblər.

Xatırladaq ki, bir neçə gün öncə, iyulun 25-də Ali Radada çıxışı zamanı maliyyə naziri Aleksandr Şlapak ölkənin cənub-şərqində hərbi əməliyyatların aparılması üçün xəzinədə vəsaitin olmadığını söyləmişdi. Nazir rəsmi bəyan etmişdi ki, avqustun 1-dən hərbçilərə pul ödəmək üçün vəsait yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm