
Rusiya Dövlət Dumasında “Reklam” haqqında qanuna dəyişikliklər ediləcək.
Dumada Jirinovskinin Liberal Demokrat Partiyasını təmsil edən deputatlar – İqor Lebedev, Yaroslav Nilov, Andrey Svinçov dəyişikliklərin təşəbbüskarı kimi çıxış ediblər.
Yeni qanuna əsasən, Amerika istehsalı olan, tez hazırlanan fəst-fud yeməklərinin üzərində onların insan orqanizminə zərərli olduqları barədə xəbərdarlıq məlumatı yerləşdiriləcək.
Yəni, bundan sonra siqaret qutularındakı kimi, hamburgerlərin üzərində də xəbərdaredici məlumat olacaq.
Deputatlar bildirirlər ki, fəst-fud yeməkləri insanda piylənmə, böyrəkdə, ağciyər və qaraciyərdə problemlər yaradır.
İlqar