İŞİD türk diplomatlarını azad edir
Bizi izləyin

Dünya

İŞİD türk diplomatlarını azad edir

İŞİD iyunun ortalarında Mosulda girov götürdüyü türk diplomatlarını 2 gün ərzində azad etməyə hazırlaşır. Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin yerli mediası və “Frans Press” agentliyi xəbər verib.

Girov götürülən Türkiyə konsulu və diplomatlarla birlikdə konsulluğun 49 əməkdaşı azad ediləcək. Məlumatı “Frans Press”ə verdiyi açıqlamada Türkiyənin müdafiə naziri İsmət Yılmaz da təsdiqləyib. O, vurğulayıb ki, bu məqsədlə İraqda bütün tərəflərlə intensiv danışıqlar aparılır: "Biz İraqda bütün tərəflərin nümayəndələriylə əlaqələri dəstəkləyirik. Girovlar artıq sabah, və ya birigün evə qayıda biləcəklər".

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm