Fətullah Gülənin gücü nədədir? – Təhlil
Bizi izləyin

Dünya

Fətullah Gülənin gücü nədədir? – Təhlil

Pensilvaniyadakı hücrəsindən danışan 74 yaşlı Gülən deyib ki, Türkiyənin hakim AK Partiyası “onun hərəkatını olduğundan böyük göstərməyə və xalqı qorxutmağa çalışır”.Bununla belə, keçmiş müttəfiqi, baş nazir Rəcəb Təyyib Ərdoğanla aralarındakı gərginlik

İslam alimi Fətullah Gülənə görə, onun Türkiyənin baş naziri ilə amansız hakimiyyət davasında olduğu barədə iddialar xeyli şişirdilib(BBC).

Pensilvaniyadakı hücrəsindən danışan 74 yaşlı Gülən deyib ki, Türkiyənin hakim AK Partiyası “onun hərəkatını olduğundan böyük göstərməyə və xalqı qorxutmağa çalışır”.Bununla belə, keçmiş müttəfiqi, baş nazir Rəcəb Təyyib Ərdoğanla aralarındakı gərginlik növbəti video moizəsi zamanı cənab Gülənin qəzəb partlayışına səbəb olub.

Gülənin 50 yaşlı Hizmet hərəkatı 4 hərbi çevrilişin şahidi olub və hər dəfə siyasətdən aralı durması hesabına bu təlatümlərdən daha güclü çıxıb.Lakin indi, bu hərəkatın Türkiyə siyasətindəki rolu öz tarixi ərzində ən yüksək həddinə çatıb.

Hökumətə bağlı fiqurlar barəsində korrupsiya təhqiqatı başlanandan bəri polis və ədliyyədə çalışan və Hizmet rəğbətliləri olduqları iddia edilən şəxslər vəzifələrindən uzaqlaşdırılıb və ya başqa vəzifələrə keçirilib.

.

Gezi Parkı etirazlarının kəllə-çarx anında cƏrdoğan sol-təmayüllü, liberal və dünyəvi-millətçi müxalifətə güzəştlər etməkdənsə, özünün mühafizəkar seçicilərinin dəstəyinə söykənmək qərarını qəbul etdi.Lakin məsələ burasındadır ki, Ədalət və İnkişaf Partiyası bu mühafizəkar elektorata Hizmetlə şərikli sahibdir və bu məqamda iki tərəf arasında siyasi çarpışma meydana gəldi.Mən Güləndən soruşdum ki, o hazırkı gərginliyə gətirib çıxarmış hər hansı hərəkətindən peşmançılıq çəkirmi?

“Yox, təəssüflənmirəm. Və mən taleyimi də günahlandırmıram. Mən iddia etmirəm ki, bu hərəkatın bütün davamçıları həmişə düzgün hərəkət ediblər”. O bu sözləri deyərkən, elə bir tonda danışır ki, sanki hökumətlə danışıqlara açıq olduğunu bildirmək istəyir.Türkiyədə icma kimi başlandıqdan sonra, onun hərəkatı biznesləri, məktəbləri və mediası olan milli şəbəkəyə çevrilib. Hizmet indi 150 ölkədə mövcud olan qlobal ictimai hərəkatdır.

Hizmetin genişlənməsi 1991-ci ildə Sovet İttifaqının çökməsi ilə eyni vaxta təsadüf edib. Türkiyəyə mədəniyyət baxımından yaxın olan Azərbaycanda isə Hizmetin davamçıları SSRİ-nin dağılmasından əvvəl oturuşmağa başlamışdılar.Hizmet İslam hərəkatlarının ənənəvi kateqoriyalarına uyğun gəlmir. Bu hərəkatın diqqəti ənənəvi İslam dövləti qurmaq və ya İslamın “qızıl dövrünü” diriltmək deyil.Bunun əvəzinə hərəkat gələcəyə baxır və dünyanı dəyişmək üçün müsəlmanların yeni “qızıl nəslini” təhsilləndirmək istəyir.

O və cənab Ərdoğan Türkiyə cəmiyyətinin islah olunmasına müxtəlif cür yanaşırlar. Cənab Ərdoğan dövlət nəzarəti ilə cəmiyyətin təpədən dırnağa islamlaşdırılmasını istəyirsə, cənab Gülənin görüşü cəmiyyət boyunca aşağıların daha böyük fəallığına nail olmaqdır.Məhz belə bir yanaşma Gülən rəğbətlilərinin bütöv bir nəslinin Türkiyə dövlətində, mediasında və biznes icmasında nüfuzlu postlara sahiblənməsi ilə nəticələnib.

İçəridən gələn bu nüfuz isə daxildə və regionda yaranan təlatümlər zamanı Türkiyəni dəmir əllə idarə etməyə çalışan Ərdoğana getdikcə daha çox meydan oxumağa başlayıb.

O Hizmetin dövlət içində olan davamçılarını hökumətə qarşı “çevriliş” cəhdində ittiham edir.Əslində, polisdə, ədliyyədə, dövlət televiziyasında və inzibati aparatın başqa sahələrində baş qaldırmaların miqyası artıq elə çevrilişi xatırladır.

Hazırkı Ərdoğan-Gülən qarşıdurması Türkiyə Respublikasının təşəkkülü illərində Mustafa Kemal Atatürklə siyasi fəal, kürd vaizi Said-i Nursi arasında olan düşmənçiliyi xatırladır.Bu da dövlət adamı ilə İslam alimi arasında baş verən daha bir çarpışmadır. Lakin bu dəfə İslam şəbəkəsi beynəlmiləldir və çox sayda davamçıları var. Cənab Ərdoğan üçün hərəkatın kökünü Türkiyədə kəsmək çox cətin olacaq, o ki, qaldı qlobal miqyasda ola.

Ərdoğana görə AKP ilə Hizmet arasındakı parçalanmanın başlıca faktoru PKK qiyamçıları ilə sülhün necə əldə edilməsi məsələsidir.Türkiyədə belə bir inam geniş yayılıb ki, ölkə boyunca kürd siyasətçilərə qarşı son vaxtlar aparılan geniş miqyaslı əməliyyatlara məhz Hizmetə yaxın olan prokurorlar və polis zabitləri tərəfindən komanda verilib.Lakin mən cənab Güləndən soruşanda ki, o, həbsxanada olan PKK lideri Abdullah Ocalanla danışıqların əleyhinəmi olub, çox aydın cavab alıram: “Biz dağlardakı Ocalan və ya PKK adamları ilə danışıqların heç vaxt əleyhinə olmamışıq. Lakin hansı səbəbdənsə bizi sülh prosesinin əleyhinə olanlar kimi qələmə verirlər”.

Hizmet ("xidmət") geniş miqyasda Gülən hərəkatı kimi tanınan təşkilatın adıdır.Bu hərəkat hazırda ABŞ-da sürgündə olan İslam alimi Fətullah Gülənin ideyalarından ilhamlanıb.Gülənin özü Sünni Hənəfi müsəlman alimidir və Anadolu sufiliyindən təsirlənib.Hərəkatın rəsmi strukturu yoxdur, lakin davamçılarının sayi milyonlarla ölçülür və onlar 150-dən çox ölkəyə yayılıblar.

İlk dəfə olaraq Mərkəzi Asiyaya 1991-ci ildə SSRİ dağıldıqdan sonra yayılıb.Türkiyədə martın 30-da bələdiyyə seçkiləri, ilin axırlarında prezident seçkisi və bunun ardınca 2015-ci ildə parlament seçkiləri keçirilməlidir.Öz seçki çoxluğunu qoruyub saxlamaq üçün cənab Ərdoğanın qarşısında son dərəcə çətin vəzifə durur. O həm mühafizəkar, həm də millətçi kimi görünməli, Hizmetlə hazırkı qarşıdurmanın vurduğu ziyanı məhdudlaşdırmalı və eyni zamanda bir il əvvəl başlanmış kürd sülh prosesini davam etdirməlidir. Gülən sadəcə olaraq bildirib ki, onun davamçıları, kim olursa olsun, “qanunun və hüquqların aliliyini tanıyan, düzgün və sağlam düşüncəli, demokratiyaya hörmət göstərən birisinə səs verəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm