Dünya
Güləndən yeni qarğışlarla dolu nitq – Video
Gülən hərəkatının lideri Fətullah Gülən uzun aradan sonra qarğışlarla dolu yeni video yayımlayıb.
Publika.az xəbər verir ki, Türkiyənin Baş
naziri R.T.Ərdoğan 17 dekabr əməliyyatlarından sonra Gülən və
tərəfdarlarını “dövlət içində dövlət qurmaq istəyənlər” adlandırıb.
Bundan sonra bütün mitinq və açıqlamalarında o, Fətullah Gülən və
tərəfdarlarına ağır ittihamlar yağdırır. Gülən isə çox zaman buna
cavab vermir.
Nəhayət, ABŞ-da yaşayan Fətullah Gülən səssizliyini pozub.
İnternetə yeni yüklənən videoda Gülən yenə qarğış dolu cümlələrdən
istifadə edib. Gülən, Ərdoğanın sözlərinə istinadən “kim dövlət
içində dövlət yaratmaq istəyirsə, Allah onun bəlasını versin”
deyib.
Lakin videoda ən çox diqqət cəlb edən detal isə Gülənin videonun əvvəlində beş dəfə “ekmel” sözünü təkrarlamasıdır. Görəsən, Fətullah Gülən bu hərəkəti ilə subliminal mesajmı verir?
Xatırladaq ki, Türkiyədəki prezident seçkisində müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğludur.
Vüsal Tağı
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO