Separatçılara qarşı “Toçka-U” kompleksi işə salındı (Video)
Bizi izləyin

Dünya

Separatçılara qarşı “Toçka-U” kompleksi işə salındı (Video)

Ukrayna ordusu Şaxterske rayonunda separatçılara qarşı “Toçka-U” taktiki-raket kompleksindən istifadə edib.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə lifenews.ru saytı çıxış edib və saytda video yerləşdirilib.

Qeyd edək ki, “Toçka-U” taktiki-raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan “yer-yer” tipli raket növünə aiddir. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.

2013-cü ilin məlumatına görə, Ukraynada bu cür 90 raket var. Onlardan 78-nin döyüş hazırlığı vəziyyətinə gətirildiyi və Xmelnitski şəhərində raket briqadasında saxlanıldığı deyilir. Ancaq Ukrayna ordusunda bu komplekslərin tətbiqi ilə bağlı döyüş təcrübəsi yoxdur.

29 iyulda isə ABŞ telekanalı CNN Donetsk vilayətində Ukrayna hərbçilərinin ballistik raketdən istifadə etdiyini xəbər vermişdi. Rəsmi Kiyev isə bu iddianı rədd etmişdi.

Ömər Dağlı

Девять снарядов из

Девять снарядов из "Градов" разорвались в Ростовской области

Три человека погибли при минометном обстреле Донецка

Три человека погибли при минометном обстреле Донецка

В Европе вспоминают жертв одесской трагедии

В Европе вспоминают жертв одесской трагедии

Турфирмы останавливают работу из-за запрета силовикам на выезд

Турфирмы останавливают работу из-за запрета силовикам на выезд

Oxumağa davam et
Reklam
Reklam

Gündəm