• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Düşmən məğlubiyyətlə barışıb: “Bizi bədbəxtliyə məhkum ediblər”

  • Dünya
  • 5 Avqust 2014 16:35
  • 7 137 Baxış
Düşmən məğlubiyyətlə barışıb: “Bizi bədbəxtliyə məhkum ediblər”

“Böyük həqiqəti anlamağa məcburuq: düşmən xaindir və tək deyil. Bu xatırlatma da lazımdır və hər kəs anlasın ki, yalnız vuruşmaq deyil, həm də ölmək lazım gələcək. Qərbə və ya Rusiyaya heç bir ümid yoxdur. Onlar Ukraynanın bölünməsi ilə maraqlanırlar”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər erməni ekspert Qalust Qriqoryanın qələmə aldığı bir yazısında yer alıb.

Son günlər cəbhə xəttində baş verən hadisələr, ümumiyyətlə, Azərbaycanın getdikcə artan iqtisadi və hərbi qüdrətindən ermənilərin narahatlığı bu yazıda da əksini tapıb. Erməni eksperti hərbçilərin sayı ilə bağlı sadə bir müqayisə aparıb: “Beləliklə, gəlin sadə rəqəmləri müqayisə edək. Rəqibin nizami ordusunun şəxsi heyəti bizim qarşımızda üstünlüyə malikdir. Ehtiyatda olanlara gəlincə, düşmən 100 min daha çox ehtiyat qüvvəsinə malikdir. Amma atəşkəs razılaşmasının imzalandığı vaxt düşmənin say üstünlüyü tamamilə əhəmiyyətsiz idi”.

Q.Qriqoryan buna görə günahın kimdə olduğunu soruşur. Ekspert bildirir ki, Ermənistanın bütün “hökmdarları” günahkardır: “Hamı günahkardır. Çünki onlardan heç biri ölkə vətəndaşları üçün normal həyat vermədi. Sadə erməni sabahkı gün üçün arxayın deyil, özünü bürokratların özbaşınalığından qorunmuş hiss etmir. Bütün bunlar nəyə gətirib çıxardı? Əhali ölkədən yavaş-yavaş çıxmağa başladı. Bu isə düşmənin canlı qüvvəsinin üstünlüyünə gətirib çıxardı”.

Qriqoryan hesab edir ki, heç kim öz günahını qəbul etmək istəmir. O, xüsusilə hazırkı dövlət başçısı Serj Sərkisyan dövründə xoşagəlməz tendensiyanın faciəvi xarakter aldığını bildirib: “Sərkisyan həm də ona görə günahkardır ki, düşmən silahda nəhəng üstünlük qazandı. Düşməndə bizdən üç dəfə çox tank, iki dəfə çox BMP, BTR və artilleriya sistemləri, təyyarə və vertolyot var. Və düşmənin Hava Hücumundan Müdafiə sistemi bizim üzərimizdə böyük üstünlüyə malikdir. Bu həqiqətdir, bundan gizlənmək lazım deyil. Bəli, bizim hökmdarlarımız günahkardır. Amma ən böyük günah sahibi hazırkı dövlət başçısıdır. Onun vaxtında Azərbaycan neft pullarını silah almaq üçün xərclədi. Onun vaxtında Rusiya - bizim əsas strateji partnyorumuz Azərbaycanın əsas silah təchizatçısına çevrildi. Həmin silahlarla artıq bizi öldürürlər. Məhz Sərkisyan heç vaxt Rusiyanın bu hərəkətlərinə cavab vermədi, ağzını açmayaraq biabırçılıqla susdu”.

Erməni eksperti hazırda Rusiya öz oyunu oynadığını bildirir: “Rusiya Qarabağ münaqişəsinə səxsi maraqları çərçivəsindən baxır. Və bizim maraqlarımıza tüpürərək. Belə alındı ki, biz Dağlıq Qarabağ üzərindəki üstünlüyü itirməyə başladıq. Bakı neft pulları ilə Avropanın bir çox siyasətçisi və politoloqlarını, həmçinin jurnalistləri ona işləməyə məcbur etdi. Bəs kimsə başqa nəyisə gözləyirdi? Düşmən öz planlarını həyata keçirirdi, amma biz onları dayandıra bilmədik”.

Q.Qriqoryanın sözlərinə görə, Sərkisyanın başı “futbol diplomatiyası”na qarışdığı üçün diaspora ilə münasibətlərini korlamağa bacardı. O, Türkiyə müdafiə naziri İsmət Yılmazın artıq Azərbaycana dəstəyini ifadə etdiyini diqqətə çatdırıb.

“Bu, nəyi bildirir? Onu bildirir ki, Türkiyə erməni soyqırımın yüzüncü ildönümü ərəfəsində yeni soyqırımın həyata keçirilməsi üçün öz ordusundan istifadə edəcək. İndi artıq azərbaycanlılarla birlikdə. Rusiya susur. Qərb susur. Hamı susur və susacaqlar. Sarkisyan Ermənistanı o həddə gətirib çıxarıb ki, Rusiya bizim üçün bütün məsələləri həll edir. Məğlubiyyətə məhkum olan dövlət üçün bu münasibət müvafiqdir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR