Müxalifət partiyalarının tərəfdarları arasında qarşıdurma yaranıb, yaralılar var
Bizi izləyin

Dünya

Müxalifət partiyalarının tərəfdarları arasında qarşıdurma yaranıb, yaralılar var

Türkiyənin Diyarbəkir viyalətində kürdyönlü Sülh və Demokratiya Partiyası (BDP) və Hüda-Par (Hürdava Partiyası) tərəfdarları arasında qarşıdurma yaranıb, nəticədə 10 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verib.

Məlumata görə, qarşıdurmaya səbəb hansı partiyanın 30 martda keçiriləcək bələdiyyə seçkilərində qalib gələcəyi haqqında mübahisə olub.

Qəzetin məlumatına görə, qarşıdurmada 5 avtomobil yandırılıb.Diyarbərik polisinin müdaxiləsindən sonra qarşıdurmanın qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm