Qondarma xəlifə meydan oxudu
Bizi izləyin

Dünya

Qondarma xəlifə meydan oxudu

İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri, bir müddət əvvəl xəlifəliyini elan etmiş Əbu Bəkr əl Bağdadi ABŞ-a meydan oxudu.

ANS PRESS-in xəbərinə görə, ABŞ hərbi aviasiyasının İŞİD hədəflərini bomardıman etməsindən sonra sosial şəbəkədə əl Bağdadiyə aid audio yazı yayılıb.

Terrorçu lider “Xaç daşıyıcıları” – deyə müraciət etdiyi ABŞ-a meydan oxuyur.

“Bu mesajım Amerikaya, xristianların xaç daşıyıcılarınadır. Məni dinləyin. Sizin adınıza döyüşənlər sizə İraqda və Suriyada heç nə qazandırmayacaq. Çox yaxında özünüzü birbaşa “İslamın oğullarının” qarşısında görəcəksiniz. Onlar sizinlə döyüşmək üçün çox yaxşı hazırlaşıblar”.

Xatırladaq ki, 2 gün əvvəl əvvəl ABŞ prezidenti Barak Obama bəyanat verərək, "Əgər onlar ölkədə Amerika maraqlarını hədələyəcəklərsə, İraqda radikal islamçı silahlılara qarşı hava zərbələri endiriləcək" demişdi. Ötən gün isə ABŞ Hərbi Hava Qüvvələri İraqın şimalında Ərbil şəhərində İŞİD qruplaşmasının mövqelərini bombalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm