İŞİD-in hədəfində olan yezidilər kimdir?
Bizi izləyin

Dünya

İŞİD-in hədəfində olan yezidilər kimdir?

Şam İslam Dövlətinin hədəfində olan iraqlı yezidilər dünya mətbuatının gündəmindədir. İnanclarına görə, İŞİD-in hücumlarına məruz qalan yezidilər dünyaya sübut etmək istəyirlər ki, Həzrəti Məhəmmədin (s.ə.s) nəvəsi həzrəti Hüseynin və onunla birlikdə 72 nəfərin Kərbəlada öldürülməsi əmrini verən Əməvi sultanı Yezidlə heç bir əlaqələri yoxdur.

Tarixi və dini mənbələrdə yer alan məlumatlara görə, bəzi tarixçilər Yezidilərin inanclarının formalaşmasını sultan Yezid bin Müaviyə ilə bağlayırlar. Bəzilər isə iddia edir ki, iraqlı yezidilər özlərini Yezid bin Müaviyənin davamçıları hesab edirlər.

Lakin yezidilər bu iddiaları rədd edirlər. Onlar bildirirlər ki, rəhbər kimi qəbul etdikləri Yezid bin Ezidiyan ilə Əməvi sultanı Yezid bin Müaviyənin sadəcə adları bir-birinə bənzəyir. Yezidilər Müaviyənin oğlu Yezidin izi ilə getmədiklərini, özlərini “Allaha peyğəmbərsiz inanan xalq” mənasını verən “Ezdai” adlı xalq olduqlarını bəyan edirlər.

Yezidilikdə İblis adlı mələyin müqəddəs və yaxşı niyyətli mələk olduğuna inanılır. Onlar özlərini “Tanrı tərəfindən seçilmiş xalq” adlandırırlar və əksəriyyəti Şeyx Adiyə vəhy gəldiyinə inanır. Yezidilər şeytanı Allahın yer üzünə yaxşı və pisi insanlara göstərmək üçün göndərdiyi mələk kimi qəbul edirlər. Onlara görə şeytan mələklərin ən alisidir.

Yezidiliyin əsasının kim tərəfindən qoyulduğu bilinmir. Lakin rəvayət edilir ki, livanlı Şeyx Adi bin Müsafir bu təriqətin əsasını qoyub. Şeyx Adinin Bağdadda məşhur islam alimi İmam Qəzzalinin tələbəsi olduğu bildirilir.

Yezidilər səhər, günorta və axşam gündə 3 dəfə dua edirlər. Bundan başqa hər il aprel ayının ikinci həftəsində başlayan “Qırmızı çərşənbə” bayramından əvvəl 3 gün oruc tuturlar.
Yezidilikdə başqa dinə keçmək böyük günah və başqa dinin nümayəndəsi ilə ailə qurmaq qadağandır. Dünyada yezidilərinin sayının 800-minə yaxın olduğu bildirilir. Onların isə böyük hissəsi Şimali İraqda yaşayır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm