Mikki Rurkdan Putinə dəstək
Bizi izləyin

Dünya

Mikki Rurkdan Putinə dəstək

Moskva Şəhər Univermağında Rusiya prezidenti Vladimir Putinin şəkli təsvir olunmuş köynəkləri almaq üçün saatlarla növbə gözləyirlər.

ANS PRESS-in məlumatına görə, Putinin şəkilləri təsvir olunan köynəklər üçün Moskva Şəhər Univermağında saatlarla növbədir.

Köynəklər isə şəkilləri və şüarları ilə fərqlənir. 15 modeldən ibarət prezident şəkilli köynəklərin üzərində “Bizə çata bilməzlər”, “Krımdan Salamlar” və s. şüarlar yazılıb.

Növbədə adi insanlardan başqa tanınmışları da görmək olar. Belə ki, Rusiyaya tez-tez gələn Hollivud ulduzu Mikki Rurk da Putinin pərəstişkarları sırasındadır. “Mən əgər Putini xoşlamasaydım, bu köynəyə bir qara qəpik belə ödəməzdim. Mən onunla bir neçə dəfə görüşmüşəm və özünü əsl centlmen kimi aparıb. Əla, adi kişidir”- deyə Mikki Rurk Rusiya prezidenti barədə danışıb.

Qeyd edək ki, ilk “prezident” brendli kolleksiya bu ilin iyun ayında satışa çıxarılıb və sutkada 5 min ədəd satılıb. Rusiya-Ukrayna münasibətlərində mövqeyinə və Krım yarımadasını de fakto Rusiya ərazisinə keçirdiyinə görə, Rusiya prezidenti Vladimir Putinin reytinqi ölkəsində pik nöqtəyə çatıb. Hazırda 80 faiz rus onu ölkənin simvolu kimi qəbul etməkdən belə çəkinmirlər. Rusların imperialist nostalgiyasına tutulmalarına baxmayaraq, köynəkləri sadəcə dəb üçün alanlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm