Ukrayna SSRİ əmlakını qaytarmaq üçün Qərbin yardımına ümid edir
Bizi izləyin

Dünya

Ukrayna SSRİ əmlakını qaytarmaq üçün Qərbin yardımına ümid edir

Xəbər verildiyi kimi, Ukrayna Rusiyadan keçmiş SSRİ-nin əmlakının bir hissəsini almaq qərarına gəlib.

Ukraynanın nazirlər kabineti keçmiş SSRİ-nin aktivlərinin həllində Ukrayna maraqlarının müdafiəsinin mümkün yollarının öyrənilməsinə görə idarələrarası qrup yaradıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna maliyyə naziri Aleksandr Şlapak bunun yalnız Qərb partnyorlarının dəstəyi ilə mümkün olduğunu bildirib.

“Biz yeganə ölkəyik ki, “sıfır variant” təsdiqlənməyib. Hüquqşünaşlarımız deyir ki, məqsədimizə çatmaq üçün yollar var. Bunu etmək çətin olacaq, amma Qərb partnyorlarımız kömək edərsə, bu mümkündür”, - Şlapak hesab edir.

Qeyd edək ki, Paris Kreditorlar Klubu ilə “sıfır variant” haqqında razılıq 1994-cü ilin dekabrında imzalanıb. Ukrayna tərəfindən təsdiqlənməyən sənədə əsasən, Rusiya Ukrayna aktivlərinin bir hissəsinə əvəz olaraq ölkənin keçmiş SSRİ dövründəki xarici borcunun ödənilməsini öhdəsinə götürüb.

Son onillik ərzində sovet mirasının bölünməsi məsələsi Ukrayna tərəfindən dəfələrlə qaldırılıb. Sonuncu dəfə bu məsələ hakimiyyət dəyişikliyindən sonra baş nazir Arseniy Yasenyuk tərəfindən gündəmə gətirilib.

SSRİ-nin bütün borcunu ödəyən Rusiya isə məsələnin müzakirəsini mümkünsüz hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm