Müdhiş iddia: “Türklər 5 İsrail agentini edam etdi”
Bizi izləyin

Dünya

Müdhiş iddia: “Türklər 5 İsrail agentini edam etdi”

İsrail kəşfiyyat təşkilatı MOSSAD-ın 5 agenti Türkiyəyə daxil olmaq istədi. Siyasi sui-qəsdləri hədəfləyən agentlər bir türk qrupu tərəfindən edam edildi.


Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Türkiyənin “Takvim” qəzeti çıxış edib.

“Avqustun 10-da keçirilən prezident seçkiləri öncəsi ölkəni qarışdıracaq çox ciddi əməliyyatların keçirilməsi barədə təlimat alan agentlər hərəkətə keçdi. Qlobal baronların işarəsi ilə İsrail kəşfiyyat xidməti MOSSAD-ın nəzarət etdiyi mərkəz düyməni basdı. Beş nəfərlik çox xüsusi sui-qəsd qrupu Türkiyəyə göndərildi. Xüsusilə Türkiyədəki böyük şəhərlərdə əhəmiyyətli siyasi hədəfləri olan 5 agent Suriya sərhədindən Hataya sızdı”, - “Takvim” yazır.

Hataydan Qərb istiqamətinə yola çıxmağa hazırlaşan qrupun qarşısını Türkiyə kəşfiyyatının kəsdiyi bildirilir: “Qatillər şəbəkəsini addım-addım izləyən türk kəşfiyyatı beş nəfəri də sərhədin digər tərəfində edam etdi. Cəsədlərini isə gəldiyi yolun kənarına qoydu”.


Məlumata görə, İsraildə şok effekt yaradan bu hadisə ilə bağlı MOSSAD-ın Təl-Əvivdəki mərkəzində fövqəladə toplantı keçirilib. İsrailin casus ehtimalı üzərində dayandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm