Ukrayna sülhməramlılarını döyüşə göndərir
Bizi izləyin

Dünya

Ukrayna sülhməramlılarını döyüşə göndərir

Avqustun sonuna qədər Kosovada xidmət edən daha 103 sülhməramlı geri qayıdacaq.

Publika.az-ın UNİAN-a istinadla məlumatına görə, bu barədə Hərbi əməkdaşlıq və sülhmərəmlı əməliyyat üzrə baş qərargahdan polkovnik Andrey Ordinoviç məlumat verib. Onun sözlərinə görə, indiyə qədər Kosovadan artıq 65 sülhməramlı geri çağırılıb:

“Daha 103 sülhməramlı geri qayıtdıqdan sonra 168 nəfər xüsusi hazırlanmış əsgər Anti-terror Əməliyyatları birləşmələrini gücləndirəcək”.

Əsgərlərin geri qayıtmasına görə NATO-ya təşəkkür edən Ordinoviç qısa məzuniyyətdən sonra bu əsgərlərin ölkənin şərqindəki əməliyyatlara qatılacaqlarını bildirib.

Ordinoviç həmçinin “Ukrayna vertolyotları” şirkətinə icarəyə verilən helikopterlərin də geri qayıtdığını söyləyib. Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinə məxsus 16 helikopter artıq ordunun sərəncamındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm