Ukrayna qırıcısı vuruldu
Bizi izləyin

Dünya

Ukrayna qırıcısı vuruldu

Ukraynanın Luqansk bölgəsində MİQ- 29 qırıcısı vurulub.

ANS PRESS-in məlumatına görə, döyüş təyyarəsi Rusiya yönümlü dəstələr tərəfindən vurulub.

Ukrayna ordu sözçüsü Oleksey Dmitraşkivski pilotun özünü təyyarədən atdığını və aparılan axtarışdan sonra tapıldığını bildirib.

Qeyd edək ki, Rusiya yönümlü separatçı dəstələr bir müddətdir ki, Ukrayna döyüş təyyarələrini hədəf alır.

İyul ayında isə Ukrayna ordusu ilə separatçıların toqquşduğu bölgədə Malayziya sərnişin təyyarəsi düşürlümüşdü. Amsterdamdan Kuala Lumpura doğru gedən təyyarədə olan 283 sərnişin ilə 15 ekipajdan xilas olan olmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm