Donetskdə dinc sakinlər öldürüldü
Bizi izləyin

Dünya

Donetskdə dinc sakinlər öldürüldü

Donetsk şəhər icra hakimiyyəti ötən gün ərzində atışma nəticəsində 10 dinc sakinin öldüyünü, daha 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib.

Publika.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, Donetsk şəhər icra hakimiyyətinin açıqlamasında avqustun 16-dan 17-ə keçən gecə şəhərin hər yerindən artileriya atəşi və partlayış səsləri eşidildiyi bildirilir. Bütün gecə davam etmiş intensiv artlleriya atəşi nəticəsində küçədə yaşayayış binaları zədələnib.

Meriyanın məlumatında eləcə də Mospino şəhərində artilleriya atəşi nəticəsində özəl sektora aid 21 yaşayış evinin zədələndiyi bildirilib.

Artilleriya atəşi nəticəsində Donetskdə 50 transformator stansiyasının işi pozulub, nəticədə bir neçə qəsəbə işıqsız qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm