Həmasa qarşı güzəşt olmayacaq
Bizi izləyin

Dünya

Həmasa qarşı güzəşt olmayacaq

İsraildə təhlükəsizlik tam təmin olunmadıqca, Həmasa qarşı heç bir güzəştə getməyəcəyik.

Publika.az-ın məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Həmas hərəkatı ilə aparılan sülh danışıqlarına dair şərhində bu cür açıqlama verib. Netanyahu qeyd edib ki, Həmas silahlılarının döyüşlərdə məğlub olduqları halda, danışıqlar masası arxasında özlərini qalib kimi göstərməsi yolverilməzdir.

“Əgər Həmas düşünürsə ki, danışıqlarda öz məğlubiyyətini ört-basdır edəcək, səhv edir. Əgər Həmas ara-sıra raket hücumları ilə bizi güzəştə getməyə vadar edəcəyini güman edirsə, səhv edir. İsraildə sülh olmadıqca, Həmas da ağır zərbələr alacaq” - deyə Netanyahu qeyd edib.

Hazırda İsrail ilə Həmas arasında Misirdə təklif olunan sülh planı müzakirə olunur. Benyamin Netanyahu danışıqlar zamanı İsraildə təhlükəsizliyin əsas götürülməsini vacib sayıb. Həmas rəhbərliyi isə, İsraili fələstinlilərin şərtlərini qəbul etməyə çağırıb. Əks halda, isə uzunmüddətli müharibə ilə hədələyib. Həmas Qəzza zolağının blokada vəziyyətindən çıxarılmasını İsrail hökuməti qarşısında əsas şərt kimi qoyur.

Tərəflər arasına atəşkəs rejimi mövcuddur. Bir müddət əvvəl rəsmi Təl-Əviv silahların 5 günlük susmasına razılıq vermişdi. Atəşkəs rejimi bu gün sona çatacaq. Bir aydan çox davam edən döyüşlərdə 1980 fələstinli, 67 israilli ölüb. Qəzza zolağında 425 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Qəzzalıların İsrail tərəfindən törədilən zorakılıqlara qarşı etirazları ötən gün də səngimək bilməyib. Rafah şəhərində işğala qarşı minlərlə Həmas tərəfdarları aksiya keçiriblər. Aksiyada İsrailin bayrağı yandırılıb.

Euronews

Oxumağa davam et
Reklam
Reklam

Gündəm