Suriyalı snayper dünya rekordu vurdu – VİDEO
Bizi izləyin

Dünya

Suriyalı snayper dünya rekordu vurdu – VİDEO

Suriyanın müxtəlif bölgələrində hökumət qüvvələri və onlara dəstək verən şiə yaraqlılarıyla müxaliflər arasında yaşanan qarşıdurmalar şiddətli şəkildə davam edir.

Axar.az xəbər verir ki, Suriyanın paytaxtı Şamın Harasta qəsəbəsində hökumət qüvvələrinə qarşı vuruşan müxaliflərin təşkil etdiyi snayper hücumunda bir snayperin Əsəd əsgərini 3 kilometr uzaqdan vurduğu anlar kamerayla çəkilib.

Müxaliflər tərəfindən yayımlanan videoda vurulan əsgərin 3 km aralıdan atılan güllədən yerə yıxıldığı anlar anbaan əks olunub. Müxalif media bunun dünya rekordu olduğunu iddia edib.

Bundan əvvəlki dünya rekordu Əfqanıstanda m82a1 snayper silahı ilə 2815 metr məsafədən atəş açaraq Taliban komandirini vuran avstraliyalı bir döyüşçüyə aiddir. Suriyalı müxalif döyüşçü 3 km aralıdan Əsəd əsgərini vurmaqla avstraliyalı snayperin rekordunu təzələmiş olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm