ABŞ-dan İŞİD-ə 68-ci zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan İŞİD-ə 68-ci zərbə

ABŞ hərbi hava qüvvələri bu gün İraq və Şam İslam Dövləti qruplaşmasının mövqelərinə 15 zərbə endirib.

ANS PRESS-in məlumatına görə, ABŞ ordusunun qərargahından verilən açıqlamada bildirilib ki, hava hücumu nəticəsində İŞİD-in çoxsaylı hərbi texnikası və müdafiə postları sıradan çıxarılıb. Hərbi hava hücumu döyüş təyyarələri və pilotsuz təyyarələrlə həyata keçirilib.

Hücumda əsas məqsəd Mosul bəndinin azad olunmasında İraq ordusuna və kürdlərə dəstək vermək olub. Aviasiya zərbələrindən sonra ABŞ təyyarələri etibarlı şəkildə geri qayıdıb.

Qeyd edək ki, ABŞ aviasiyası avqustun 8-dən bəri mütəmadi olaraq İraq ərazisində İŞİD mövqelərinə zərbələr endirir. İndiyə kimi 68 belə zərbə endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm