48 terrorçu öldürüldü
Bizi izləyin

Dünya

48 terrorçu öldürüldü

Pakistan hərbiçiləri Əfqanıstanla sərhəd bölgədə yeni hava hücumları nəticəsində terrorçuluqda şübhəli bilinən təxminən 48 nəfərin öldürüdüldüyü və onlarla terrorçu istinadgahının məhv edildiyini bildirib.

Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, ordu rəsmiləri döyüş təyyarələri və Kobra vertolyotlarının əsasən qəbilələrin məskunlaşdığı Xeybər və Şimali Vəziristan regionlarında Pakistan Talibanı və əfqan yaraqlılarının mərkəzləşdiyi ərazilərə hücum edib.

Rəsmilər üç qadın və iki uşaq da daxil olmaqla, azı altı mülkü vətəndaşın məktəb avtobusunda Bacaur qəbilə regionunda yola basdırılmış bombaya tuş gələrək həlak olduğunu bildirib.

Pakistan qoşunları Şimali Vəziristan regionunda yaraqlılar əleyhinə genişmiqyaslı döyüşlər aparır.

İyun ayından başlayan əməliyyat nəticəsində 600-dən çox yaraqlı və 40 əsgər həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm