• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İraqda dəhşət: İŞİD-in zorladığı yezidi qızlar kütləvi intihar edir

  • Dünya
  • 20 Avqust 2014 10:42
  • 2 379 Baxış
İraqda dəhşət: İŞİD-in zorladığı yezidi qızlar kütləvi intihar edir

İraqda İŞİD yaraqlıları yezidi kürdlərə divan tutmaqda davam edir.

Virtualaz.org saytı xəbər verir ki, İŞİD başkəsənlərinin əlindən xilas olmağa imkan tapan və İraqın şimalında peşmərgələrin nəzarətində olan ərazilərə sığınan yezidi qaçqınlar dəhşətli hadisələr danışırlar.

Bölgədən yayımlanan kürd telekanalı “Rudaw” bildirir ki, İŞİD yaraqlıları yezidi kürdlər yaşayan kəndlərdən azı 1500 qadın və qızı qul kimi əsir alıblar. İŞİD komandirləri yaraqlılara əmr edib ki, əsir qadınlar və qızlar kütləvi şəkildə zorlansın. Zorlanaraq hamilə buraxılan və geri qaytarılan yezidi qızlar isə kütləvi şəkildə intihar edir.

Yezidi qadınlardan biri telekanalın əməkdaşına İŞİD yaraqlılarının zorladığı qızların digər qaçqınlara onları öldürmək üçün yalvardıqlarını danışıb. Qaçqınlar bunu etməyəndə həmin qızlar özlərini qayadan ataraq öldürüblər.

Şahidlər deyirlər ki, İŞİD ələ keçirdiyi kəndlərdə İslam dinini qəbul etməyən bütün kişiləri öldürür, qadınları isə qul kimi əsir götürür.

Yezidilər etnik kürdlər olsalar da, onlar qapalı icma şəklində yaşadıqlarından ərəblərlə qarışmayıblar və öz xarakterik irqlərini saxlayıblar. Yezidi kürdlər açıq rəngli saçları və mavi gözləri ilə tanınır.

Kürd fəallarından biri deyir ki, İŞİD yaraqlıları yezidi qadınları kütləvi zorlamaqla onlardan uşaq dünyaya gətirmək, beləliklə də, yezidilərin soykökünü kəsmək məqsədi güdür.

“İŞİD Sincar qəsəbəsində 300-dən çox yezidi qadını əsir götürüb və onları cihadçılara paylayıb. Tapşırılıb ki, bu qadınlardan müsəlman uşaqlar dünyaya gətirsinlər. Məqsəd yezid tipini məhv etməkdir” - deyə mənbə bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR