Terrorçular şəhəri ələ keçirdi
Bizi izləyin

Dünya

Terrorçular şəhəri ələ keçirdi

Radikal terrorist qruplaşma olan “Boko-Haram” cümə axşamı Nigeriyanın şimal-şərqində yerləşən İoba ştatının Buni Yadi şəhərini ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, “Boko-Haram” tərəfindən Buni Yadi şəhərinin tutulmasını ştat administrasiyası təsdiq edib. “Şəhərdə əsgər qalmayıb, küçələrdə yaraqlılar gəzişir”- deyə qubernator Yobe İbrahim Qeydamın rəsmi nümayəndəsi bildirib.

Bundan əlavə, şahidlərin sözlərinə görə ələ keçirilmiş şəhərdə radikallar yol patrulları təyin edib və qanunları pozanları edam edirlər. Dinc əhalinin Buni Yadidən Damaturu şəhərinə qaçmaları haqqında xəbərlər də yayılmaqdadır.

BMT-dən verilən məlumata görə, “Boko-Haram” keçən bir neçə həftə ərzində Borno ştatının Damboa və Quoza şəhərlərini ələ keçirib. Ekstremistlər Nigeriyanın şimal-şərqində olan yol və körpüləri dağıtdığından, regiona əlavə hərbi qüvvələrin göndərilməsində çətinlik yaranır.

Ekspertlər bildirir ki, “Boko-Haram” taktiki dəyişikliklərə yol verib. Əgər əvvəl onlar partizansayağı haranın partladılması və ya terror aktlarının həyata keçirilməsi ilə məşğul idilərsə, indi qruplaşma şəhərləri tutmağa çalışırlar. Onların məqsədi özlərinin dövlətini yaratmaqdır.

Taktikanın dəyişdirilməsinə səbəb “İŞİD” qruplaşmasının İraqda şəhərləri tutub dövlət yaratması səbəb kimi göstərilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm