İtaliya və Almaniya İraq kürdlərinə silah göndərəcək
Bizi izləyin

Dünya

İtaliya və Almaniya İraq kürdlərinə silah göndərəcək

İtaliya senatının Beyənlxalq Əlaqələr və Müdafiə komissiyası Şimali İraq kürdlərininn silahlandırılmasına icazə verən qərarı dəstəkləyiblər.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, təklif İtaliya hökuməti tərəfindən verilib. Senatda çıxış edən İtaliyanın müdafiə naziri Roberta Pinottinin sözlərinə görə Şimali İraqa göndəriləck silahlar 20 il əvvəl Balkan müharibəsi zamanı müsadiə olunmuş sovet silahları olacaq. Qərarın leyhinə 56, əleyhinə isə 13 deputat səs verib.

İtaliyadan başqa Almaniya hökumətinin də “İŞİD” təhlükəsinə qarşı İraq kürdlərinə silah göndərməyə razı olduğunu bildirb. Paralel olaraq ABŞ, Kanada, Fransa və Çexiyada da İraqa silah idxalı ilə bağlı məsələni müzakirə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm