Qərb İŞİD-i məhv etmək üçün Əsəddən icazə alacaq
Bizi izləyin

Dünya

Qərb İŞİD-i məhv etmək üçün Əsəddən icazə alacaq

ABŞ və İngiltərə generalları İŞİD-in Suriyada məhv edilməsi təklifi ilə çıxış ediblər.

Axar.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Çak Hagel ilə Baş qərargah rəisi Martin Dempsi Vaşinqtonun İŞİD ilə uzunmüddətli mübarizəyə başladığını bildirib.

Dempsi İŞİD-i məhv etmək üçün Suriyada yerləşən qərargahlarına hücum etməyin lazım olduğunu deyib.

İngiltərənin Baş qərargah rəisi olmuş Lord Dannat isə Qərbin İŞİD-lə mübarizə aparmaq üçün Bəşər Əsədlə ittifaq qurmalı olduğunu bildirib. Məsələyə “düşmənimin düşməni dostumdur” məntiqi ilə yanaşdığını bildirən general, Qərb ölkələrinin Suriyada İŞİD-ə qarşı hava hücumları təşkil etməsi üçün Bəşər Əsəddən icazə almalı olduqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm