Putinin ən yaxın adamlarına daha bir zərbə
Bizi izləyin

Dünya

Putinin ən yaxın adamlarına daha bir zərbə

Rusiyalı biznesmenlər Arkadi və Boris Rotenberq qardaşları Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən İtaliyanın “Bari” futbol klubunun alışını həyata keçirə bilməyiblər.

Axar.az xəbər verir ki, bu barədə klub prezidenti Canluka Paparesta verdiyi açıqlamasında deyib.

Paparesta may ayında B seriyasında çıxış edən “Bari”nin satış hüququnu 4.8 milyon avroya əldə etmişdi.

“Mənim onlarla sərmayəçi ilə əlaqəm var idi. Onlardan biri hindistanlılar idi, lakin onlar öz maliyyə təminatlarını təsdiq etmədilər. Onlardan başqa rus biznesmenləri Rotenberq qardaşları var idi. Biz onları “Bari”ni almağa inandırdıq, lakin sanksiyalar üzündən bu, baş tutmadı”, - Paparesta bildirib.

Qeyd edək ki, Arkadi və Boris Rotenberq qardaşları Rusiyanın ən nüfuzlu biznesmenləri sırasına daxildirlər. Qardaşların Prezident Vladimir Putinlə də olduqca yaxın əlaqələri mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm