Ukrayna gələcəkdə dəniz nəhəngi olacaq - Poroşenko
Bizi izləyin

Dünya

Ukrayna gələcəkdə dəniz nəhəngi olacaq - Poroşenko

Ukrayna əvvəllər də dəniz nəhəngi olub, gələcəkdə də olacaq.

Axar.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Odessada Müstəqillik Günü münasibətilə keçirilən hərbi-dəniz paradı zamanı çıxışında deyib.

“Ukrayna Hərbi-Dəniz Donanmasının gücü təkcə onun texniki göstəricilərində deyil. Əsas əsl Ukrayna vətənpərvər döyüş ruhudur”, - Poroşenko bildirib.

Prezidentin sözlərinə görə, Ukrayna heç vaxt Donuzlav gölündə “Çerkası” gəmisinin son ana qədər apardığı mübarizəni unutmayacaq.

Odessallara müraciətində prezident deyib: “Sizin şəhəri əminliklə Ukraynanın dəniz paytaxtı adlandırmaq olar. Bu şəhərdə Ukraynanın nəinki ticarət, həm də hərbi donanması yerləşir. Bu da bizə iqtisadi inkişaf və əmin-amanlıq təminatı verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm