Gürcüstan Abxaziya seçkilərini tanımır
Bizi izləyin

Dünya

Gürcüstan Abxaziya seçkilərini tanımır

Gürcüstanın Xarici İşlər Nazirliyi Abxaziyada keçirilən prezident seçkisini qeyri-qanuni sayıb.

Publika.az-ın məlumatına görə, rəsmi Tiflis beynəlxalq ictimaiyyəti bu seçkini pisləməyə çağırıb. Gürcüstan seçkinin ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, tanınmamış Abxaziya respublikasında prezident seçkisində Aslan Bjaniya, Leonid Dzapba, Mirab Kişhmariya və Raul Kajimba mübarizə aparırlar.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya və bir sra digər dövlətlər onun müstəqilliyini tanıyıb.


Azadlıq radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm