İrəvanda cümə namazı qılmaq istəyi
Bizi izləyin

Dünya

İrəvanda cümə namazı qılmaq istəyi

İqdır vilayətindəki bəzi QHT-lər və dərnəklər Ermənistanın paytaxtı İrəvandakı tarixi “Göy Məscid”də cümə namazı qılmaq üçün Türkiyə Xarici İşlər nazirliyinə müraciət ediblər. Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey keçirdiyi mətbuat kofransında məlumat verib.

11 dərnək və QHT adından çıxış edən Güıbey Türkiyə hökumətinin bu ölkədə yaşayan ermənilərə ibadət hüququ verdiyini xatırladıb. Eyni hüquqdan Türkiyə vətəndaşlarının istifadə etməsinin labüd olduğunu deyən ASİMDER rəhbəri Türkiyənin atdığı xoşməramlı addımı Ermənistandan da gözlədiklərini vurğulayıb.

“Bu, xoşməramlı niyyətini nümayiş etdirmək istəyən Ermənistan üçün fürsətdir. İrəvandan zorla deportasiya olunan müsəlman-türk ailələrinin nəvələri kimi tarixi “Göy Məscid”də cümə namazı qılmaq istəyirik. Bu mövzuda Ermənistan dövlətinin xoş məramlı hərəkət etməsini gözləyiriik”.

Bu məqsədlə Xarici İşlər Nazirliyinə müraciət etdiklərini deyən Gülbəy, Türkiyədə ermənilər ibadət edə bilirsə, Türklərin də Ermənistanda azad ibadət hüququ olmasının vacib olduğunu vurğulayıb:

“İbadətimizi İrəvanda icra etmək üçün Xarici İşlər Nazirıliyinə müraciət etdik. Türkiyədə erməni icması azad və təhlükəsiz mühitdə ibadətlərini yerinə yetirirlər. Biz də atalarımızın deportasiyaya məcbur edildiyi torpaqlarda namaz qılmaq istəyirik. Bu məsələdə rəsmi İrəvandan xoşgörü gözləyirik. Ölkəmizdəki ermənilər ibadətlərini təhlükəsiz şəkildə yerinə yetirə bilirlərsə, bunu biz də etməliyik!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm