Ukraynanı dəstəkləyən rus jurnalisti döyüldü
Bizi izləyin

Dünya

Ukraynanı dəstəkləyən rus jurnalisti döyüldü

“Exo Moskvı” radiosunun müxbiri Arseni Vesnin bərk döyülüb.

Publika.az xəbər verir ki, bu haqda jurnalist “Facebook”dakı şəxsi səhifəsində yazıb.

O bildirib ki, Sankt-Peterburqun Nevski prospektində Ukraynaya dəstək aksiyasını işıqlandırarkən naməlum şəxslərin hücumuna məruz qalıb: “Aksiya iştirakçılarına qəfildən millətçi qruplaşmaların üzvləri hücum etdi. Əvvəlcə əllərimdən və mikrofondan vurdular. Daha sonra planşetimi alıb yerə saldılar. Sifətimdən zərbələr aldım. Polis mənə hücum edəni həbsə aldı. Hazirda inspektorun otağındayam. Sonra məni tibbi ekspertizaya göndərəcəklər“.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm