Ruslar Finlandiyanın hava səmasını pozdu
Bizi izləyin

Dünya

Ruslar Finlandiyanın hava səmasını pozdu

Finlandiya yenidən Rusiyanı onun hava boşluğunun pozulmasında günahlandırıb.

Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, Finlandiya Müdafiə Nazirliyi Rusiya hərbi təyyarəsinin Finlandiya hava boşluğunu pozması haqqında məlumat verib.

Nazirliyin mətbuat xidməti bildirib ki, bazar ertəsi "qısa vaxt" ərzində Rusiya Hərbi Hava Qüvvələrlərinin təyyarəsi ölkənin hava boşluğunu pozub.

Hadisə Helsinkidən şərqdə Porvoo ərazisində olub. Hadisəni Finlandiyanın sərhəd xidməti araşdırır.

Qeyd edək ki, bir müddət əvvəl də Rusiya təyyarəsi Finlandiya hava sərhədini pozmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm