Günəşdəki partlayışlar texnogen qəzalara səbəb ola bilər
Bizi izləyin

Dünya

Günəşdəki partlayışlar texnogen qəzalara səbəb ola bilər

Son həftə ərzində Günəşdə bir neçə partlayış olub.

Publika.az NASA-nın saytına istinadən xəbər verir ki, bazar günü 9, bazar ertəsi 5, dünən isə bir güclü və 3 zəif partlayışlar qeydə alınıb.

Bu gün isə Günəş aktivliyi 11 illik sikl ərzində ən pik həddə çatıb.

Alimlər meqapartlayışların olacağını istisna etmirlər. Belə halda yer planetində texnogen qəzalar baş verəcək.

Əvvəllər də belə hallar baş verib. 1859, 1921-ci illərdə planetdə dəhşətli maqnit qasırğaları olub.

1989-cu ildə Kanadada bütün ölkəyə 9 saat ərzində elektrik enerjisinin verilməsi mümkün olmayıb. 2003-cü ildə isə bir çox institutlarda kosmik avadanlıqlar sıradan çıxıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm