Avropa Ukrayna böhranının həllini Putində görür
Bizi izləyin

Dünya

Avropa Ukrayna böhranının həllini Putində görür

Britaniya baş naziri Devid Kameron və Avropa İttifaqı Şurasının rəhbəri Herman Van Rompey Ukraynanın şərqində olan vəziyyətlə əlaqədar Avropa İttifaqının Rusiyaya təzyiq göstərməsi lazım olduğunu bildirib.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, Britaniya hökumətinin saytında dərc olunan müraciətdə hər iki siyasətçi “AB vəziyyətin düzəlməsi üçün prezident Putinə təzyiq siyasətini davam etdirməlidir” məsələsində razılaşdığı bildirilir.

“Hər iki lider böhranın hərbi yolla həllinin mümkünsüzlüyü və prezident Putinin siyasi həll tapmaq üçün tam hüquqlu danışıqlara başlamalıdır mövqeyində həmfikirdir”- deyə müraciətdə bildirilir.

Qeyd edək ki, bu gün Almaniya kansleri Angela Merkeldə Putinlə telefon danışığında rusiyalı hərbiçilərin Ukraynada necə peyda olmasını başa salmasını tələb etmişdi. O Vladimir Putinə bildirib ki, “Vəziyyətin düzəlməsində Rusiya müstəsna rol oynadığı təqdirdə öz sərhədlərinə yiyə durmalıdır”.

Rusiya prezident administrasiyası xəbəri təsdiqləsə də, Merkelin birbaşa sualı barədə heç bir məlumat verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm