Dünya
Ukraynada müharibə yeni mərhələdə (VİDEO, FOTO)
Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə
keçir.
Publika.az-ın məlumatına görə, Donetsk və Luqanskda Ukrayna
təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək
Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq
bütöv nizami hərbi hissələr köməyə gəlir.
İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar
əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların
rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı
liderləri elan etdilər ki, tezliklə əks-hücuma keçəcəklər. Və
həqiqətən də avqust ayının ikinci yarısında döyüş bölgələrindən
Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi.
Donetsk vilayətinin şərqində İlovaysk və Saur-Moqila ərazilərində
separatçıların hərbi uğurları haqda məlumatları Kiyev təkzib etsə
də vəziyyətin ağır olduğunu etiraf olunur. Rusiyameylli qüvvələr
gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi
sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma başlayıblar.
Kiyev hücumun dəf olunduğunu bildirsə də separatçılar sərhəd
zolağında Ukrayna kəndlərinin ələ keçirildiyini iddia edirlər.
Avqustun 27-də Ukrayna Rusiya qoşunlarının öz ərazisinə soxulmasını
bəyan etdi. Prezident Petro Poroşenko bildirdi ki, Donetsk
vilayətinin Amvrosievka, Starobeşevo və Novoazovsk yaşayaış
məntəqələrinə Rusiya ərazisində hərbi hücumlar həyata keçirilib.
Azov dənizi sahilində, Rusiya ilə sərhəddə yerləşən sonuncu şəhər
hazırda hərbi əməliyyatlar gedən ərazidən 100 km aralıdadır. Sosial
mediada yayılan bu videonun həmin şəhərdə, Novoazovskda çəkildiyi
bildirlir. Videonu çəkənin çeçen əsilli olduğu ehtimal edilir. Onun
söhbət etdiyi digər əsgərlər də, çeçen dilində danışırlar.
Separatçı Donetsk xalq respublikası rejiminin başçısı etiraf edib
ki, Ukraynada 4000-ə qədər Rusiya hərbçisi döyüşür. Brüsseldə
bəyanat verən NATO nümayəndəsi deyir ki, 1000 nəfərə yaxın rus
hərbçisi var. İlovaysk şəhərində mühasirəyə düşən Ukrayna
könüllülər batalyonunun komandiri, arxadan onlara qarşı 2 Rusiya
alayının hücum etdiyini bildirir. Rəqəmlər müxtəlifdir, lakin
müharibə uzandıqca Rusiyanın Ukraynaya hərbi müdaxiləsini göstərən
faktların sayı artır. Kiyevdə artıq hər şeyə öz adını vermək,
Rusiya ilə bütün diplomatik münasibətləri pozub, qonşu ölkə ilə
müharibə aparan tərəf kimi davranmaq çağırışı səslənir.
Ukrayna Təhlküəsizlik və Müdafiə şurasının yaydığı xəritədə ilk
dəfə olaraq ancaq göy rəngli oxlar görünür. Göy rəng separatçıların
hücumlarıdır. Buradan görünür ki, hücumlar Rusiya ərazisindən
gəlir. Hərbçilərin nümayəndəsi Lısenko bu gün təsdiq edib ki,
Novoazovsk şəhəri rusların əlinə keçib. "Orada Rusiya ordusunun
hərbi texnikası var" deyib. Başqa bir istiqamətdə - Saur-Moqila
yüksəkliyinin kimin əlində olduğu hələ də bilinmir. Sosial mediada
strateji əhəmiyyəti olan bu yüksəklikdə separatçıların fotoları
yayılsa da, onların nə vaxt çəkildiyi bilinmir. Bu yüksəklik uzun
müddət Rusiyameylli qüvvələrin əlində idi. İlovaysk şəhərində
separatçıların mühasirəsində olan Donbass və Dnepr könüllər
batalyonunun aqibəti haqda dəqiq xəbər yoxdur. Onlar müdafiə
olunduqlarını bildirsələr də qüvvələrinin tükəndiyini deyirlər.
Ukrayna ordusunun həmin istiqamətdə kömək göndərmək imkanları
məhdudlaşıb. Rusiya sərhəddinə yaxın olan bu əraziyə Rusiyadan
gələn yeni hərbi hissələrin yeridildiyi bildirilir.
Bu günlərdə Ukrayna ordusu Rusiya desantçılarını əsir alıb. Ukrayna
ərazisinə keçən bu hərbçilər deyirlər ki, Kostromada yerləşən hərbi
desant qoşunlarında xidmət edilər. Onları hərbi təlim adı altında
Rostov vilayətində gətirəndən sonra, ara yollarla Ukrayna ərazisinə
göndəriblər. Rusiya prezidenti Putin Minsk sammitində Rusiya
qoşunlarının Ukraynaya müdaxiləsi haqda xəbərləri təkzib edərək
deyib ki, ola bilər, hansısa bölmə yolu azaraq qonşu ölkəyə keçsin,
lakin Rusiya hərbi komandanlığının Ukraynaya hərbçi göndərmək haqda
əmri yoxdur. Desantçıların valideynləri öz övladlarının mediada
görəndən sonra Rusiyanın siyasi rəhbərliyini ittiham etməyə
başlayıblar. Kostormada Azadliq Radiosunun Rusiya xidmətinin
əməkdaşları ilə söhbətdə bir qrup əsgər valideyni bildiriblər ki,
rəsmilər onları inandırmağa çalışır ki, media oğullarının əsir
görüntüləri saxtadır. Onlar buna inanmadıqlarının deyirlər. Rus
dilində dərc olunan bu məqalədə bildirlir ki, desant qoşunlarının
həlak olan əsgərləri məxfi şəkildə dəfn olunur, hərbi komandanlıq
onların Ukraynada həlak olmasını inkar edir, lakin məhz hansı
şəraitdə öldüklərini də izah edə bilmirlər.
Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, Donetsk
vilayətinin şərqindəki Amvrosievka və Starobeşovo rayonlarına
Rusiyadan gətirilmiş hərbi qüvvələr hücum edib. Yaydığı
videomüraciətdə Poroşenko bildirir ki, Türkiyəyə səfərini təxirə
salaraq Milli Təhlükəsizlik və müdafiə şurasının təcili iclasını
çağırıb. Prezident vəziyyətin kəskinləşməsi ilə əlaqədar BMT
Təhlükəsizlik Şurasına və Avropa Birliyinə müraciət edəcəyini
bildirib.
Azadlıq Radiosu
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."