Rusiya Finlandiyanın hava sərhədini pozdu
Bizi izləyin

Dünya

Rusiya Finlandiyanın hava sərhədini pozdu

Finlandiya Müdafiə Nazirliyi Rusiyanın silahlı qüvvələrini ölkəsinin hava məkanını pozduğuna görə son həftə ərzində üçüncü dəfə ittiham edib.

Publika.az “Röyter” agentliyinə istinadən xəbər verir ki, fin hərbçiləri məhz hansı təyyarənin dövlət sərhədini qanunsuz keçdiyini dəqiqləşdirməyiblər. Lakin onlar qeyd ediblər ki, bu növ hava gəmiləri hərbi, polis və gömrük xidməti tərəfindən istifadə olunur.

Finlandiya Müdafiə Nazirliyi ilk dəfə 23 avqustda Helsinkidən qərbə doğru Hanko yarımadası rayonunda rus təyyarələrinin fin sərhədini pozduğunu bildimişdi. Sonra 25 avqustda Porboo şəhəri yaxınlığında oxşar hadisənin təkrarlandığını bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi isə sərhəd pozuntusuna dair informasiyaları təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm