Dünya
Rusiya hərbçiləri Ukraynaya məcburi göndərilir
Rusiya hərbçiləri Ukraynaya göndərilməmişdən əvvəl şantal edilərək müqavilə imzalamağa məcbur edirlər.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Rostov vilayətinin Əsgər Anaları Komitəsinə bir neçə hərbçinin valideyni bildirib.
Həmin hərbçilərdən biri olan 18 yaşlı Andrey Zastavski Rostov vilayətində 137-ci paraşüt-desant alayında xidmət keçirdi. 2014-cü ilin iyulunda onu Ukrayna sərhədi yaxınlığında yerləşən Qukovo qəsəbəsindəki hərbi hissəyə köçürüblər. O, bu günlərdə valideynlərə zəng vuraraq bildirib ki, onu və əsgər yoldaşlarını Ukraynaya getməsi üçün müqavilə imzalamağa məcbur edirlər. Valideynləri Andreyə bundan imtina etməyi tapşırıblar. Lakin həmin axşam Andrey böyük bacısına zəng edərək müqavilə imzaladığını bildirib. Məlum olub ki, əsgərlər müqaviləni imzalamağa məcbur edilir, onların hərbi biletlərini yararsız hala salırlar.
Andrey danışdıqlarını telefona çəksə də onu göndərə bilməyib. Çünki həmin gün qəflətən hərbi hissədə telefonlardan istifadə qadağan olunub. Xatırladaq ki, Ukrayna tərəfi də yuxarıda deyilən fikirləri təsdiqləyən açıqlamalar verib. Bildirilir ki, Ukrayna ərazisində tutulan Rusiya hərbçiləri onların buraya məcbur göndərildiyini qeyd edirlər.
Ömər Dağlı
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO